AZ

Qətər əmiri İran prezidentindən məktub alıb

Qətər əmiri İran prezidenti Məsud Pezeşkiandan məktub alıb. Qətər Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Lakin qurum məktubun məzmununu açıqlamayıb.

Bundan əvvəl “Reuters” agentliyi mənbəyə istinadən xəbər vermişdi ki, Qətər İran tərəfinin ABŞ prezidenti Donald Trampdan atəşkəslə razılaşmaq üçün İsrailə təzyiq göstərməsini tələb etdiyi ölkələr arasındadır. Agentliyin mənbələri bildiriblər ki, dərhal atəşkəs müqabilində Tehran nüvə proqramı üzrə danışıqlarda çeviklik nümayiş etdirməyə hazırdır.

İyunun 13-də İsrail İranın nüvə və müdafiə sənayesi obyektlərinə qarşı “Şir kimi insanlar” əməliyyatına başlayıb. İlk hücumlar İranın nüvə obyektlərinə edilib. Tehran buna cavab olaraq yüzlərlə raket atıb, bundan sonra İsrail təyyarələri İran ərazisindəki hədəfləri vurmağa davam edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
1
editor.az

2Mənbələr