16 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik edilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
“Qarabağ”ın futbolçusu Tunar Əsgərzadə zədə səbəbindən komandadan kənarda qalıb. Onun əvəzinə “Neftçi”nin oyunçusu Fəqan Mustafayev düşərgəyə qoşulub.
Qeyd edək ki, U-16 Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində iyunun 19-da və 21-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta