Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, sınaq DARPA-nın “POWER” – yəni “Daimi Optik simsiz enerji” proqramı çərçivəsində Nyu-Meksiko ştatında həyata keçirilib. Layihənin əsas məqsədi çətin keçilən ərazilərdə enerjini təhlükəsiz və operativ şəkildə çatdırmaqdır. Beləliklə, generator və uzun kabellərə olan ehtiyacın aradan qaldırılması hədəflənir. Sistem lazer şüası vasitəsilə enerjini atmosfer boyunca xüsusi optik qurğuya ötürür. Qəbuledici tərəfdəki güzgü və panellər isə bu şüanı yenidən elektrik enerjisinə çevirir. Maraqlıdır ki, testin sonunda ötürülən enerjinin bir hissəsi simvolik olaraq popkorn hazırlamaq üçün istifadə olunub.
Bu texnologiyanın yaxın gələcəkdə pilotsuz uçuş aparatlarına enerji ötürməkdə tətbiqi də nəzərdə tutulur. Hazırda sistemin səmərəlilik göstəricisi 20 faiz civarındadır, lakin DARPA bu sahədə daha irimiqyaslı təcrübələrə hazırlaşır.