AZ

Bakının bu ərazisində 3 saat işıq olmayacaq

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq 459 saylı yarımstansiyada təmir-təftiş işlərinin aparılması ilə əlaqədar iyunun 19-da bəzi ərazilərdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bu barədə Avtosfer.az-a “Azərişıq” ASC-dən bildirilib. Bununla əlaqədar olaraq saat 03:00-dan saat 06:00-dək Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
31
40
avtosfer.az

10Mənbələr