"Zirə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" klubu ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov püşkü dəyərləndirib:
"Püşk bizə “Hayduk” komandasını rəqib elədi. Düşünürəm azarkeşləri iki gərgin va maraqlı oyun gözləyir. İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdır. İnşallah, inanıram ki, mərhələni keçən tərəf biz olacağıq".
Qeyd edək ki, komandalar arasında bu mərhələnin ilk oyunları iyulun 24-də Bakıda, cavab matçı isə bir həftə sonra Splitdə baş tutacaq.
“Fənər”in prezidenti Bakıda - “Qarabağ”ı ziyarət etdi - FOTO
"Qəbələ" "Valyadolid"in yetirməsi ilə razılığa gəldi - EKSKLÜZİV
Renatdan əl çəkmirlər - illik 600 min dollar
Qurban Qurbanov: “Bu müddətdən düzgün istifadə etmək istəyirik”
“Mançester Yunayted” Sanço ilə yollarını ayıracaq