AZ

Qəti qərar verilməyib, Donald Tramp hələ fikirləşir

“The Wall Street Journal” adı açıqlanmayan rəsmilərə istinadən yazır ki, Ağ Evdə keçirilən iclasda İsrailə dəstək məqsədilə İrana zərbə endirmək qərarı verilməyib.

Onların sözlərinə görə, ABŞ prezidenti Donald Tramp bir neçə variantı nəzərdən keçirir. Tramp İranın nüvə potensialını inkişaf etdirə bilməyəcəyini təmin etmək istəyir, rəsmilər izah ediblər.
Bir daha xatırladaq ki, iyunun 13-də İsrail “Şir kimi insanlar” əməliyyatına başlayıb və bunu İranın nüvə proqramının məhvi adlandırıb.

Buna cavab olaraq İran hərbçiləri İsrail ərazilərini atəşə tutmağa başlayıblar. İsrail hakimiyyəti ABŞ-ın müdaxiləsinə icazə verib. ABC mənbələri Vaşinqtonun 24-48 saat ərzində Tehrana qarşı hərbi əməliyyatlara başlaya biləcəyini bildiriblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr