AZ

Rəşad Sadıqov "Hayduk"la püşkü dəyərləndirib

"İnanıram ki, mərhələni keçən tərəf biz olacağıq".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının püşkünü dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis "Hayduk"la mübarizədə azarkeşləri maraqlı və gərgin mübarizə gözlədiyini bildirib: Komandamızın baş məşqçisi Rəşad Sadıqov püşkü dəyərləndirib: “Püşk bizə “Hayduk” komandasını rəqib elədi. Düşünürəm azarkeşləri iki gərgin va maraqlı oyun gözləyir. İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdı”.

Qeyd edək ki, komandalar arasında bu mərhələnin ilk oyunları iyulun 24-də Bakıda, cavab matçı isə bir həftə sonra Splitdə baş tutacaq.

İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr