AZ

Bu ölkə gender bərabərsizliyinə görə dünyada ikincidir…

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Əfqanıstanda gənc qadınların demək olar ki, 80 faizinin təhsil, məşğulluq və təlim imkanları yoxdur.Demokrat.az xəbər verir ki, bu barədə BMT-nin Qadınlar Təşkilatının bəyanatında deyilir. Bu, 2021-ci ildə Taliban hərəkatının hakimiyyətə gəlişindən bəri bu sahədə aparılan ən böyük araşdırma qeyd edilib.Hesabatda Əfqanıstanın dünyada gender bərabərsizliyinə görə ikinci yerdə olduğu bildirilir. Ölkədə qadınlar öz potensiallarının yalnız 17 faizini reallaşdırırlar, halbuki dünya üzrə orta göstərici 60,7 faizdir. Səhiyyə, təhsil, maliyyə və qərarların qəbulunda iştirak kimi sahələrdə kişi və qadınlar arasında fərq 76 faizə çatır.BMT-nin Qadınlar Təşkilatının icraçı direktoru Sima Baxus deyib ki, qadınlar və qızlar ölkənin ən mühüm resursu olaraq qalır. Məhdudiyyətlərə baxmayaraq, onlar öz icmalarına təsir edərək biznes qurmağa, başqalarına kömək etməyə və ədalətsizliklə mübarizə aparmağa davam edirlər. Baxus vurğulayıb ki, beynəlxalq ictimaiyyət bütün əfqanların maraqlarını nəzərə alan ədalətli dövlət axtarışlarında onlara dəstək olmalıdır.Təhsilə, o cümlədən tibb sahəsinə qoyulan məhdudiyyətlər fonunda qızlar arasında məktəbi bitirmə göstəriciləri sürətlə azalır.Bununla belə, qadın vətəndaşların hələ də dövlət vəzifələrində işləməsinə icazə verilmir ki, bu da onların qərarların qəbulunda iştirakını məhdudlaşdırır.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
demokrat.az

2Mənbələr