ain.az, Metbuat portalına istinadən məlumat verir.
ABŞ-nin müdafiə naziri Pete Heqset İsrail-İran müharibəsindən danışıb.
Metbuat.az xəbər verir ki, o, Senatın Silahlı Qüvvələr Komitəsinin departamentinin 2026-cı il büdcəsi ilə bağlı dinləmələrində sualları cavablandırıb. ABŞ-nin İsrailin İrana qarşı hücumlarında iştirak edib-etməyəcəyi ilə bağlı suala Heqset bu məsələyə sessiyanın qapalı iclasında cavab verə biləcəyini ifadə edib. Heqset, Prezident Donald Trampın məsələ ilə bağlı tək qərar qəbul edən tərəf olduğunu və onun qərarlarını həyata keçiriləcəyini bildirib.
Qeyd edək ki, Prezident Donald Tramp ABŞ-nin İrana müdaxilə edə biləcəyini istisna etməmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.