AZ

Qobuda su borusu partladı, vətəndaşın daş hasarı uçduVİDEO

Ərazidə su borusu partlayıb, vətəndaşa məxsus daş hasar uçub.

Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeron rayonundandır.

Söhbət Elşən Muxtarova məxsus yaşayış evinin yaxınlığından keçən 200 mm diametrində təzyiqli su xəttindən gedir. Qobu qəsəbəsi ərazisində onun ərazisindən  keçən bu xətt yüzlərlə ailəni içməli su ilə təmin etsə də, borunun tez-tez partlaması ciddi fəsadlara yol açır. Borunun təzyiqə tab gətirməməsi nəticəsində baş verən qəzalar təkcə su itkisinə deyil, həm də ətraf mülklərə ciddi ziyan vurur. Sonuncu hadisə zamanı Elşən Muxtarova məxsus evin daşa hörülmüş həyətyanı hasarı suyun güclü təzyiqi nəticəsində uçub. Bu, ilk hadisə deyil - sakinlər bildirirlər ki, su borusu artıq dəfələrlə partlayıb və hər dəfə bənzər dağıntılar baş verib.

Sakinlərin sözlərinə görə, problemin əsas səbəbi boru xəttinin düzgün marşrutla çəkilməməsidir. Yüksək təzyiqli su borusunun yaşayış evlərinin yaxınlığından keçməsi həm təhlükəlidir, həm də tikililərə ciddi risk yaradır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
7
xezerxeber.az

1Mənbələr