AZ

Ağır xəstəlikdən əziyyət çəkən şəxs xəstəxanada eyvandan yıxılaraq ÖLÜBVİDEO

Xəstə müalicə aldığı tibb müəssisəsinin eyvanından yıxılaraq ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda baş verib.

Dünyasını dəyişən şəxs Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş, 49 yaşlı Qənbər Abdullayevdir. O, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna iyunun 14 də daxil olub və ikinci reanimasiya şöbəsində müalicə alıb. Qənbər Abdullayev vərəmin ağırlaşmış formasından əziyyət çəkirmiş.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
3
xezerxeber.az

1Mənbələr