İsrail tərəfdarı olan “Predatory Sparrow” haker qrupu İranın ən böyük banklarından olan "Bank Sepah"a qarşı kiberhücum edib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Bildirilib ki, qrup İranın dövlət bankına qarşı bir sıra kiberhücumların məsuliyyətini öz üzərinə götürüb.
Hakerlər bank sistemindəki məlumatları məhv etdiklərini iddia ediblər.
“Bank Sepah” müştəriləri hesablarına daxil olmaqda, nağd pul çıxarmaqda və kartları ilə ödəniş etməkdə çətinlik çəkiblər.