Müğənni Davut Güloğlu bu dəfə səhnəyə konsert üçün deyil, qızı Şeyma Su Güloğlunun məzuniyyət mərasimi üçün çıxdı.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Mimar Sinan Gözəl Sənətlər Liseyindən məzun olan Şeyma Su-nun bu qürur dolu anlarında onu yalnız buraxmayan Güloğlu, mərasimdə həm duyğusal anlar yaşadı, həm də musiqisi ilə unudulmaz atmosfer yaratdı.
Mərasimə xüsusi olaraq qatılan Davut Güloğlu, səhnədə yalnız ata kimi deyil, həm də sənətçi kimliyi ilə iştirak etdi. Qızının məzuniyyət libasını geyinərək kamera qarşısında poza verən Güloğlu bu rəmzi jesti ilə izləyiciləri həm güldürdü, həm də duyğulandırdı.
Daha sonra səhnəyə çıxaraq ifa etdiyi mahnılarla həm məzunları, həm də valideynləri coşdurdu.