Baş rollarını Çağatay Ulusoy və Demet Özdemirin paylaşdığı "Eşref Rüya" serialı bu axşam yayımlanacaq bölümlə mövsüm finalını edir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sezonun bağlanışından öncə çəkiliş heyəti səhnə arxasında xüsusi bir qeyd etmə təşkil edərək gərgin keçən mövsümə əyləncəli şəkildə yekun vurub.
Gecənin ən diqqətçəkən anlarından biri isə baş rol ifaçısı Demet Özdemir üçün hazırlanan sürpriz olub. Serialın heyəti gözəl aktrisa üçün üzərində mənalı mesaj olan xüsusi bir tort sifariş etdirib. Tortu kəsərkən duyğusal anlar yaşayan Demet Özdemir, bu özəl dəqiqələri sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Tortun üzərində yazılmış mesaj isə izləyicilər və pərəstişkarlar arasında böyük marağa səbəb olub. Aktrisanın komanda yoldaşlarının yazdığı həmin qeyddə bu sözlər yer alıb:
"Üstesinden gelemezsin denilen her şeyin içinden geçtin. Show şimdi başlıyor." ("Öhtəsindən gələ bilməz deyilən hər şeyin içindən keçdin. Şou indi başlayır.")
Demet Özdemirin paylaşımı qısa müddətdə minlərlə bəyənmə və şərh alıb. Serial heyətinin səmimi anları sosial mediada da gündəm olub.