AZ

Lyuis Hemiltondann mövsümün antirekordu

Lyuis Hemilton Formula-1-də antirekordla yadda qalıb.

İdman.biz xəbər verir ki, "Ferrari" pilotu 2025-ci ildə keçirilən 10 yarışda podiumda yer ala bilməyib.

Bu, britaniyalı sürücünün ən uğursuz mövsümü kimi tarixi düşüb. Hemilton 2009-cu ildə ardıcıl 9 Qran-pridə mükafatçılar arasında yer ala bilməyib.

Ümumiyyətlə, Lyuis son 12 Qran-pridə podiuma yüksələ bilməyib. O, sonuncu dəfə ötən ildə Las-Veqasdakı yarışda Top-3-də qərarlaşıb.

Qeyd edək ki, Hemiltonun antirekordu 13 mərhələ olub. Britaniyalı pilot 2023-cü ildə San-Paulu Qran Prisindən 2024-cü ilin İspaniya Qran-prisinə kimi podiumdan kənarda qalıb. O, Avstiyada keçiriləcək növbəti yarışda ilk üçlüyə düşə bilməsə uğursuz nəticəni tərkrarlayacaq.

İdman.biz

Seçilən
10
1
idman.biz

2Mənbələr