“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçu Mateus Silva haqda qərarını rəhbərliklə bölüşüb.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, mütəxəssis müqavilə müddəti bitən oyunçuyla yeni anlaşmanın əldə olunmasını istəyib. Beləliklə, braziliyalıyla danışıqlara start verilib.
Maraq üçün qeyd edək ki, klub 2023-cü ildə Silva ilə “2+2” illik müqavilə imzalayıb. Ancaq “köhlən atlar” anlaşmanın müddətinin 2 yox, daha 3 il artırılmasını istəyir.
Xatırladaq ki, 27 yaşlı müdafiəçi (o, sağ cinah yarımmüdafiəçisi kimi də effektivdi) ağdamlıların heyətində son iki mövsüm ərzində keçirdiyi 87 matçda 3 qol, 11 məhsuldar ötürmə müəllifi olub.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta