BAKI, 18 iyun. TELEQRAF
“Düşmənin rabitə şəbəkəsindən hərbi məqsədlər üçün sui-istifadə etməsindən sonra istifadəçilərin internetə çıxışına müvəqqəti məhdudiyyətlərin qoyulması qərara alınıb”.
Teleqraf xəbər verir ki, bu barədə İran Rabitə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin paytaxt Tehran və digər bölgələrə artan hücumları fonunda İranda internetə çıxışın bağlanması barədə KİV-də məlumat yayılmışdı.