BAKI, 18 iyun. TELEQRAF
2025-ci ilin yanvar-may aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 55 milyon 672 min 800 manat vəsait yönəldilib.
Teleqraf xəbər verir ki, bu da bir il öncəki göstəricidən 31,5 faiz çoxdur.
Əsas kapitala vəsait qoyuluşunun 34 milyon 861 min 200 manatı və ya 62,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.