AZ

İsrail İranın daha üç helikopterini vurub

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Kirmanşahdakı hərbi bazadaİranın daha üç "Kobra" zərbə helikopterini vurub.

Trend xəbərverir ki, bu barədə məlumatı İsrail Müdafiə Ordusunun (SAXAL)Mətbuat Xidməti yayıb.

Bildirilib ki, sözügedən helikopterlər İranın hava məkanındafəaliyyət göstərən İsrail təyyarələrinə qarşı istifadə olunmaq üçünnəzərdə tutulmuşdu.

Qeyd edək ki, daha əvvəl SAXAL eyni bazada İranın beşhelikopterinin vurulduğunu açıqlamışdı.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.

Seçilən
14
2
az.trend.az

3Mənbələr