BAKI. 18 iyun. TELEQRAF
“Klublarımıza püşkdə ağır rəqiblərin düşdüyü fikrindəyəm".
Bunu Teleqraf-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Azərbaycan komandalarının avrokuboklardakı rəqiblərini dəyərləndirərkən deyib.
Lakin PFL rəhbəri "Qarabağ"a UEFA Çempionlar Liqasında, "Sabah"a Avropa Liqasında, "Zirə" və "Araz-Naxçıvan"a isə Konfrans Liqasında güvəndiyini bildirib.
Onun sözlərinə görə, qarşıda vaxt var və bundan yararlanmaqla uğurlu oyun sərgiləmək olar.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburq" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə, "Zirə" Konfrans Liqasının eyni mərhələsində "Hayduk" (Split, Xorvatiya), "Araz-Naxçıvan" "Aris" (Saloniki, Yunanıstan) ilə üz-üzə gələcək. "Sabah" isə Avropa Liqasının I təsnifat mərhələsində "Tselye" (Sloveniya) ilə görüşəcək. Qarşılaşmadan qalib ayrılacağı halda, Azərbaycan Kubokunun qalibi AEK (Larnaka, Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə, uduzacağı təqdirdə, Konfrans Liqasının II təsnifat mərhələsində “Birkirkara” (Malta) - “Petrokub” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.