İyunun 21-də Bakının ev sahibliyi edəcəyi UFC Döyüş Gecəsində iştirak edəcək idmançılar Dənizkənarı Milli Parkda fanatların önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, bu gün saat 19:00-dan etibarən Xalil Rauntri və Camal Hill, eyni zamanda Azərbaycan təmsilçiləri Rafael Fiziyev, Nazim Sadıxov, Tofiq Musayev Azərbaycan Dövlət Kukla Teatrının arxasında azarkeşlərin qarşısında açıq məşq keçirib.
Əvvəlcə Rafael Fiziyev səhnəyə çıxıb, fanatları salamlayıb, sualları cavablandırıb. Ardınca digər döyüşçülər açıq məşq prosesi keçirib, yerli fanatlara avtoqraf və köynək paylayıblar.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçiriləcək UFC Döyüş Gecəsi iyunun 21-də Kristal Zalda baş tutacaq.