ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
İyunun 17 -i üçün Bakı - Qazax qatarına Birinci klass biletin qiyməti 147 manat nəzərdə tutulub. 147 manat! Vağzala qədər taksi ödənişlərini nəzərə alsaq, bu rəqəm 170 manata qalxacaq. Ağlasığmazdır!
Bakupost.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Qiymət cədvəlinin ekran görüntüsünü paylaşan Osman Gündüz bu xidmətin daxilində nələr nəzərdə tutulduğunun sual doğurduğunu qeyd edib:
"Dövlət sektorunda ezamiyyə xərcləri ilə bağlı qaydalarda dövlət qulluqçuları üçün belə yol xərcləri nəzərdə tutulmayıb. Yəni nazirlər, yüksək vəzifəlilər güman ki, bundan istifadə etməyəcəklər.
Biznes sektoru da, Qazax rayonunun sahibkarları da ağlım kəsmir ki, gediş-gəliş üçün 300+ manat ödəsin.
Belə olan halda maraqlıdır ki, ADY belə ifrat yüksək qiyməti hansı təbəqə üçün, hansı metodlarla müəyyən edib?
Biz gözləyirdik ki, ADY hətta Bakı - Balakən qatarının qiymətlərini xeyli endirəcək. Monitorinqlər də göstərirdi ki, doluluq , bayramları çıxsaq heç vaxt yetərli olmur.
Bir daha qeyd etmək istərdim ki, 6 il dayanmış dəmiryolu ilə ölkədaxili sərnişin daşınmasının yenidən bərpa edilməsi təqdirəlayiq bir addım olsa da qiymətlərin reallıqdan çox uzaq olması da bir o qədər məyusedicidir.
Ümid edirəm ADY və hökumət nəzərə alacaq", - o əlavə edib.
Aygün,
BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.