ABŞ vitse-prezidenti ceyms Di Vens Prezident Donald Trampı İrana daha bir şans verməyə inandıra bilib. Buna görə də İranla yeni danışıqlar baş tuta bilər.
Bildirilib ki, ABŞ vitse-prezidenti İranla anlaşmaq və müdaxilədən yayınmaq üçün Trampa bəzi təkliflər verib. Omanda İran və ABŞ arasında yüksək səviyyəli görüş keçirilə bilər.
Qeyd edək ki, bundan öncə İrandan 3 hökumət təyyarəsinin maskata (Omanın paytaxtı) istiqamətləndiyi barədə məlumat yayılmışdı. “Röyters” təyyarələrin artıq Maskat hava limanına eniş etdiyini bildirib.
Xatırladırıq ki, ABŞ və İran arasında nüvə danışıqlarının 5 raundu Omanın vasitəçiliyi ilə keçirilib.