AZ

Örnək müəllimdən fərq yaradan liderlik

AzEdu.az Təhsil Portalı tərəfindən 2025-ci il Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə "Örnək müəllim" seçilən İlahə Hüseynova “Məktəb Liderliyi” proqramının II çağırışını uğurla tamamlayaraq "Uğur diplomu" ilə təltif olunub.

 

162691

Belə ki,  Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəb Liderliyi” proqramının II çağırışı uğurla başa çatıb.

Proqramın 2023-cü ilin oktyabrın 28-də açılış mərasimi olmuş və noyabr ayından  etibarən təlim mərhələsinə start verilmişdir. Seçimlər nəticəsində liderlik potensialı olan pedaqoqlar proqramda iştirak hüququ qazanmış, onlar müasir məktəb idarəçiliyi sahəsində dərinləşdirilmiş bilik və bacarıqlarla təmin olunublar.

Proqram çərçivəsində iştirakçılar aşağıdakı əsas modullar üzrə təlimlərə cəlb olunublar:

  l Modul: Tədrisin təşkili və idarə edilməsi (32 saat)
  ll Modul: Məktəb heyətinin idarə edilməsi (32 saat)
 lll Modul: Təhsildə qiymətləndirmə və monitorinq
 lV Modul: Məktəbdə səmərəli ünsiyyət və tədris-pedaqoji sənədlərlə iş (26 saat)
 V Modul: Məktəbin idarə olunması və liderlik (23 saat)

Hər bir modul üzrə nəzəri və praktiki tapşırıqlar, qrup işləri və simulyasiya fəaliyyətləri vasitəsilə iştirakçılar məktəb rəhbərliyi sahəsində mühüm bilik və təcrübə qazanıblar.

2025-ci ilin iyun ayının 17-si təşkil olunmuş bağlanış mərasimində, proqram iştirakçılarına “Uğur Diplomları” təqdim edilmişdir. Tədbirdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, proqram rəhbərləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bu proqramda uğurla iştirak edən müəllimlərdən biri də İlahə Hüseynova olmuşdur. O, təlim prosesində göstərdiyi fəallıq, liderlik bacarıqları və təşəbbüskarlığı ilə fərqlənmiş, proqramı müvəffəqiyyətlə tamamlayaraq “Uğur Diplomuna” layiq görülmüşdür.

İlahə Hüseynovanın bu uğuru təhsildə idarəetməyə və liderliyə marağı olan pedaqoqlar üçün nümunəvi bir göstəricidir. Onun sözlərinə görə, əldə etdiyi bilik və təcrübələrin gələcəkdə məktəb həyatına müsbət təsir edəcəyi, təhsilin inkişafında fəal rol oynayacaq.

Seçilən
13
azedu.az

1Mənbələr