AZ

Hərbi xidmətdən qayıdan gənc itkin DÜŞDÜ

Cəlilabad rayon sakini itkin düşüb.

"Unikal" oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Seyidbazar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Əlişa Hüseynağa oğlu Mirzəyev ötən gün heç kimə xəbər vermədən evi tərk edib və bir daha geri qayıtmayıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin şəxsi tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, Əlişa Mirzəyev bir neçə ay öncə hərbi xidmətdən tərxis olunmuşdu.

Seçilən
5
8
unikal.az

10Mənbələr