AZ

İranda internet kəsildi


İranda internetə çıxış demək olar ki, tamamilə itib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dünya üzrə internet azadlığının monitorinqini aparan “NetBlocks” təşkilatı məlumat yayıb.
İranlıların böyük əksəriyyətinin yerli vaxtla təxminən 17:30-dan bəri (Bakı vaxtı ilə 18:30 - red.) internetə çıxışı yoxdur. Trafik standart istehlakın təxminən 3%-nə qədər azalıb.
Bunun səbəbləri hələ də aydın deyil.
Qeyd edək ki, iyunun 13-də İsrailin hücumları fonunda İran hakimiyyəti şəbəkəyə girişin qismən məhdudlaşdırıldığını elan edərək, bunu İsrailin potensial kiberhücumları təhlükəsi ilə izah edib. Həmin vaxt ölkədə internet trafikinin həcmi təxminən yarıya qədər azalıb.
Seçilən
2
yeniavaz.com

1Mənbələr