"İran nümayəndə heyəti Ağ Evə gəlmək istədiyini bəyan edib".
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp FOX News telekanalına verdiyi canlı müsahibə zamanı danışıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Bakı saatı ilə bu günün ilk satlarında İran tərəfinə “24 saat ərzində şərtsiz təslim olun və nüvə razılaşmasını imzala” ultimatumunu vermişdi.
Hazırda isə vəziyyət onu göstərir ki, İran nümayəndə heyəti bu tələbləri qəbul etməyə meyllidir. İran, əhalisini qırğına verdikdən, şəhərlərini və təsislərini bombalatdıqdan, generallarını itirdikdən sonra həddindən artıq "konstruktiv" görünür.
Musavat.com-un əldə etdiyi məlumatlara görə, artıq İran nümayəndə heyəti Omandadır və danışıqlara başlamaq üçün hazırdır.
Bu, diplomatik arenada gərginliyin yumşaldılması baxımından mühüm dönüş nöqtəsi sayıla bilər.
Musavat.com