AZ

Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? - Nələr baş verir...

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-də Türkiyəyə səfər edəcək.


Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.


"Ermənistanın baş naziri Türkiyəyə səfər edəcək. Bütün regional məsələlər müzakirə olunacaq. Bu tarixi səfərdir, çünki bu, Ermənistan rəhbərinin bu səviyyədə ilk səfəridir", -o qeyd edib.


Politoloq Məhəmməd Əsədullazadə Referans - a açıqlamasında bu görüşün mahiyyətindən danışıb.




“Ermənistan Baş Nazirinin Türkiyəyə rəsmi səfərində Azərbaycanın da razılığı var. Görünür, tərəflər regionda vəziyyət xüsusilə, İsrail-İran müharibəsi olan regiona təsirlər, həmçinin Türkiyə Ermənistan münasibətləri, eyni zamanda Azərbaycan-Ermənistan sülh müqaviləsində Zəngəzur dəhlizinin açılması kimi məsələlər müzakirə predmeti olacaq. Ermənistanda seçkilər yaxınlaşdıqca Nikol Paşinyan da öz mövqeyini gücləndirməyə çalışır və seçki qabağı Türkiyə ilə sərhədlərin açılması, həmçinin Azərbaycanla sülh müqaviləsinin bağlanmasına maraqlıdır. Çünki o bununla da öz rəqinlərini sıradan çıxara bilər, həmçinin daxili müxtəvidə öz mövqeyini gücləndir bilər”.


Politoloq düşünür ki, bu səfər perspektivdə müsbət nəticələr verə bilər.


“Paşinyanın başqa çarəsi yoxdur. Əgər sülh istəyirsə, Türkiyə və Azərbaycanın şərtlərini qəbul etməlidir. Təbii ki, bu şərtlər beynəlxalq hüquqa uyğundur, heç də Ermənistanın əleyhinə deyil”.

 

Fidan Vəlisoy 

Seçilən
2
referans.az

1Mənbələr