AZ

Donald Tramp və Benyamin Netanyahu arasında telefon danışığı olub

İyunun 18-nə keçən gecə ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Bu barədə “The Times of Israel” yazıb. Tramp və Netanyahunun konkret nəyi müzakirə etdiyi barədə məlumat verilmir. O da məlumdur ki, bundan bir neçə saat əvvəl Amerika lideri ABŞ Milli Təhlükəsizlik Şurasının 90 dəqiqəlik iclasını keçirib. İsrail hesab edir ki, ABŞ tezliklə İran və İsrail arasında münaqişəyə qoşula bilər.

Tramp bundan əvvəl İran hakimiyyətindən “şərtsiz təslim olmağı” tələb edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr