AZ

Dünənin “dəmir topuğu”, bu günün “dəmir yumruğu” Nurcan İsmayılova yazır

Adelet.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tarixdə Türk dünyasının əzəmətli, qüdrətli liderləri, həmçinin türk xalqları öz gücü, qətiyyəti və milli birlikləri ilə adlarını qızıl hərflərlə tarix səhifələrinə yazıblar. Bu güc, fiziki qüvvə olmaqla yanaşı, türklərin dəyərlərindən biri kimi xarakterizə olunur. Keçmişdən bu günə qədər güc və məğlubedilməzlik anlayışları tez-tez “dəmir” sözü ilə ifadə olunur. “Dəmir”  bir rəmz kimi özündə sarsılmazlığı, gücü, qorxmazlıq və qüdrəti əks etdirir. Bu ifadə simvol kimi tarixdə müxtəlif formalarda təzahür edib. Xüsusilə keçmişdə ləqəb olan “dəmir topuq” və müasir dövrdə “dəmir yumruq” ifadəsi türk gücünün əzəmətini əks etdirən körpü rolnu oynayır.

Azərbaycan və Orta Asiya XIV əsr tarix səhifələrində imperiya quran sarsılmaz idarəçi Əmir Teymur (Tamerlan) dövlət idarəçiliyi və yürüşlərindəki uğurlarla tarixdə unudulmaz şəxsiyyətə çevrilib. Onun ayağında yaranan qüsur zamanla ona “topal Teymur” deyilməsinə səbəb olsa da, “dəmir topuq” kimi tarixə həkk olub. Teymur axsaq idi, lakin onun fiziki və mənəvi sərtliyi, iradə və dəmir kimi dirənişi onun hərbi yürüşlərini və idarəçilik siyasətini simvollaşdırdı. “Dəmir topuq” ləqəbinin altında dözümlülük, cəsarət, mətanət, təslim olmamaq, ruh yüksəkliyi dayanır. Əmir Teymurun dəmir gücü əsgərləri və xalqı üçün nümunə, düşmənləri üçün əsas qorxu mənbəyi idi.

 “Dəmir” ifadəsinin simvolik mənasi tarix boyu davam edərək günümüzdə də güc mənasını ifadə edir. Bu anlayış türk xalqın qətiyyətini, milli ruhunu və dövlətin gücünü ifadə etmək üçün qorunub saxlanılır. “Dəmir” rəmz kimi Azərbaycan və türk xalqının mübariz ruhunu və milli birliyini göstərməyə davam edir.

XXI əsr Azərbaycan tarix səhifələrində yeni bir ideoloji mənaya sahib, Prezident İlham Əliyev tərəfindən vurğulanan “dəmir yumruq” ifadəsi yarandı. Bu ifadə, ölkənin gücünü, milli birliyi və iradəsini simvolizə edir. “Dəmir yumruq” ifadəsinin yaranmasına 2020-ci il Vətən Müharibəsi zamanı ordunun və xalqın birliyinin gücü şərait yaratdı və zamanla böyük maraq doğuraraq  müharibədə qazanılan zəfəri təcəssüm etdi. “Dəmir yumruq” ifadəsi göstərdi ki, Azərbaycan xalqı və dövləti sarsılmaz iradəyə, birliyə və qətiyyətə sahibdir. Bu güc yumruq kimi həm daxildə, həm də xaricdə möhkəm duruşu nümayiş etdirir, düşmən qarşısında dayanır və zəfərə aparır. “Dəmir yumruq” müasir Azərbaycanın güc simvoluna çevrilib.

Türk sərkərdə iradəsinin rəmzi kimi“dəmir topuq”sərt, dirənişli və qüdrətli döyüşçü obrazını formalaşdırdı. “Dəmir yumruq” isə müasir dövrdə milli birlik və dövlətin birgə gücünü simvolizə etdi. Fərqli dövr və şəraitdə yaranan “dəmir topuq” və “dəmir yumruq” ifadələrinin hər ikisi türklərin güc və birliyini,“dəmir” kimi sarsılmaz və möhkəm ruhlarını xarakterizə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
adalet.az

1Mənbələr