Adelet.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu yaxınlarda Azərbaycan idman sahəsində növbəti uğura imza atdı. 2025-ci ildə Bakıda keçirilən Minifutbol üzrə Dünya Çempionatında millimiz tarix yazaraq çempion oldu.Finalda Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edən komanda millətin qürur mənbəyinə çevrildi və vətənimizi bir daha dünyaya tanıtdı.
Bu uğur təsadüfi deyildi. İctimaiyyətin diqqətindən kənarda sistemli şəkildə qurulan komanda uğurun mümkünlüyünü sübut etdi.Federasiya daxilində şəffaflıq,məşqçilik işinə peşəkar yanaşma bu nailiyyətin demək olar ki əsas sütunları oldu.Turnirin doğma azarkeşlər qarşısında-Bakıda keçirilməsi də milli üçün əlavə üstünlük yaratmışdı. Final matçına 7000 azarkeşin gəlməsi isə uğura olan inamın göstəricisi idi.
Mundialın qazanılması yığma komandanın ilk uğuru deyil. Milli 2022-ci ildə keçirilən Avropa Çempionatını da qazanıb.Düzdür, minifutbol ölkəmizdə o qədərdə diqqət cəlbedən idman növü deyil, bura olunan yatırım və qayğı böyük futbola nisbətən zəifdir. Bu səbəblərə görə hamının ağlına eyni sual gəlir: Bəs ölkədə ən populyar və ən çox maliyyə ayrılan böyük futbol niyə hələ də nəticə vermir?
Kişilərdən ibarət milli komandada vəziyyət heç ürəkaçan deyil. Komandanın Millətlər Liqasında və son ərəfələr keçirilən yoldaşlıq görüşlərindəki uğursuzluğu fubolumuzun gerilədiyini nümayiş etdirir.
Son illərdə qadın futbolunda müəyyən irəliləyişlər nəzərə çarpır. Xüsusilə 2023-cü ildə “Bizim Qızlar”ın Millətlər Liqasında keçirilən 8 oyunun hamısını qazanıb yüksək Liqaya vəsiqə qazanmasını vurğulamaq yerinə düşər. Qadınlardan ibarət millimizin əksər üzvləri Türkiyə,Rusiya,Yunanıstan kimi ölkələrin klublarında çıxış edirlər. Bu, onların təcrübə qazanmasına və təbii ki, millinin səviyyəsinin artmasına stimul verir.Qadın futbolunda inkişafla yanaşı müəyyən çətinliklər də mövcuddur.Bəzi böıgələrdə qadınların futbolla məşğul olması hələ də cəmiyyət tərəfindən tam qəbul edilmir.Əlavə olaraq infrastruktur çatışmazlığı, məşq imkanlarının məhdudluğu və digər streotiplər də bu sahənin qarşısında manəe kimi dayanır.
Bütün bu reallıqlar onu göstərir ki, uğur qazanmaq yalnız maliyyə və infrastrukturla deyil, düzgün idarəetmə, şəffaflıq və digər məqamlara bağlıdır.Minifutbol bunun canlı sübutudur-qısa müddət ərzində qurulan sistem,məqsədyönlü hazırlıq və inam nəticəsində Azərbaycan Dünya Çempionu adını qazanıb. Təbii ki, böyük futboldan qısa zamanda eyni nəticəni gözləmək absurddur və qeyri-real görsənir.Amma, akademiyalara qayğı,bölgələrdə futbola diqqət və federasiya daxilində şəffaflıq hər bir azarkeşin gözləntisidir. Bu yöndə islahatların keçirilməsi zamanla böyük futbolu da ən azından mundialın və ya qitə yarışının finalında olmasa belə, müəyyən mərhələlərində görməyimizə şərait yarada bilər.
Rafael Məcidov, BDU Jurnalistika fakültəsinin tələbəsi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.