AZ

İranın BMT missiyası Tehranın ABŞ-a səfər tələbini rədd edib...

İranın BMT-dəki daimi nümayəndəliyi ABŞ prezidenti Donald Trampın Tehranın danışıqlar üçün Ağ Evə səfər etməsini tələb etdiyi barədə iddialarını təkzib edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, İslam Respublikası danışıqlara qatılmayacaq və kənardan təzyiq altında sülhə getməyəcək.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İrana “yekun ultimatum” verdiyini bildirib.

İyunun 13-nə keçən gecə İsrail “Aslan qalxması” əməliyyatına başlayıb. Döyüş tapşırıqları zamanı İsrail qoşunları nüvə silahının inkişafı ilə bağlı infrastruktura, eləcə də iranlı generalların yerləşdiyi yerlərə hücum edib.

Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl vəd 3” adlı cavab əməliyyatına başladığını elan edib.

İyunun 15-də Tramp deyib ki, Vaşinqtonun vasitəçiliyi ilə əldə edilən razılaşma İsrail və İran arasında münaqişəni “asanlıqla” bitirə bilər. Eyni zamanda, Amerika lideri bəyan edib ki, Tehranın ABŞ-a hər hansı hücumu ABŞ silahlı qüvvələrinin “tam gücü” İslam Respublikası üzərinə “əvvəllər heç vaxt görünməmiş miqyasda” düşməsi ilə nəticələnəcək.

Əli Babayev

Seçilən
3
1
sia.az

2Mənbələr