Donald Tramp ABŞ-ın İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə qoşula biləcəyini, ya da problemin həlli üçün başqa yol seçə biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ prezidenti bu barədə jurnalistlərə bildirib.
"Siz mənim nə edəcəyimi bilmirsiniz. Bəlkə mən bunu edəcəm, bəlkə də yox", - Tramp qeyd edib. Ağ Ev rəhbəri vəziyyətin yaxında daha aydın olacağını söyləyib: "Növbəti həftə çox vacib olacaq".
O xatırladıb ki, İran nüvə silahı əldə etsə, bundan ABŞ-a və bütün dünyaya qarşı istifadə edəcək.