AZ

Qusar poçtu ilə bağlı QALMAQAL böyüyür - Gizli oxunan məktublarla bağlı YENİ FAKTLAR

Araşdırmaçı junalist," Şimal xəbərləri" qəzetinun baş redaktoru Müqəddəs Mehdiyev Qusar poçtarı ilə bağlı öz sosial şəbəkəsində paylaşım edib.

Qeyd edək ki, Bizim.Media bir müddət əvvəl Qusar prokurorluğunun rayonun poçt şöbəsi ilə bağlı araşdırmalara başladığı barədə yazı vermişdi. Məlumat verilmişdi ki, rayon prokurorluğuna müraciət edən bir neçə vətəndaş yuxarı dövlət orqanlarına göndərdikləri şikayət məktublarının poçt müdiri tərəfindən açılaraq oxunduğunu bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI – ÖZƏL


Artıq həmin araşdırma ilə bağlı yeni faktlar var. Müqəddəs Mehdiyev paylaşşımında bildirib:

"Təsdiqedici sənədlər və videogörüntülər Qusar rayon prokurorluğuna göndərilib.

"Bu barədə məlumatı bir müddət əvvəl Azərbaycan rəhbərliyinə ünvanladıqları şikayət məktublarının yerli poçt müdiri tərəfindən açılaraq oxunduğu barədə Qusar prokurorluğuna şikayət edən şəxslərdən biri verib. Onun açıqlamasına görə ,"Azərpoçt"a göndərdikləri müraciət qurumun idarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev cavablandırıb.O, bildirib ki,şikayətlə bağlı sənədlər və videogörüntülər yerli hüquq-mühafizə orqanlarına təqdim edilib."

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
8
2
bizim.media

3Mənbələr