"Azərbaycanın İsrail-İran müharibəsində öz mövqeyi var. Ölkəmiz bu məsələdən narahatdır".
Redaktor.az-a bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov İsrail-İran müharibəsinin Azərbaycana təsirindən danışarkən bildirdi.
"Ölkəmiz qısa müddətdə sülhü arzulayır. Bizim əsas məqsəd və arzumuz prosesin ən qısa vaxtda yekunlaşmasıdır. Nəzərə almalıyıq ki, istənilən halda regionda müharibənin olması həm də bölgədə sabitliyə mənfi təsir göstərən bir məsələdir", - deyə millət vəkili vurğuladı.
Ceyhun Məmmədov qeyd etdi ki, ölkəmiz vacib məqamları nəzərə almalıdır:
"Bu, sabitliyə, turizmə təhdiddir. Heç bir halda müharibə ölkəmizə yaxşı heç nə vəd etmir. Bunun təsiri olacaq, təsirin olmaması üçün isə ciddi çalışmalıyıq".
Aytəkin TOFİQQIZI