AZ

“Generalın sözü həqiqəti əks etdirmir...” Elxan Şahinoğlu

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Politoloq Elxan Şahinoğlu İranın İsraillə gərginliyi fonunda müsəlman ölkələrindən hərbi dəstək gözləməsinin real olmadığını bildirib. Onun sözlərinə görə, İranın ən yaxın tərəfdaşları olan Rusiya və Çin sadəcə bəyanatlarla kifayətlənirlər, əməli dəstək göstərmirlər.

Şahinoğlu qeyd edib ki, İran İslam Keşikçiləri Korpusunun keçmiş rəhbərlərindən general Möhsün Rezainin Pakistanın guya İsrailə nüvə zərbəsi endirəcəyi barədə açıqlamaları reallığı əks etdirmir: “İran bu ölkələrin – Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın – müttəfiqi deyil. Əksinə, müxtəlif illərdə bu dövlətlərin əleyhinə mövqe sərgiləyib”.

Politoloq əlavə edib ki, Pakistan İsrail-İran müharibəsi fonunda sərhəd nəzarətini gücləndirib və rəsmi İslamabad nüvə silahının yalnız ölkənin təhlükəsizliyi üçün istifadə ediləcəyini bəyan edib.

Eyni zamanda Şahinoğlu İrandakı dairələrin İraqdakı tərəfdarlarını hərəkətə keçirmək cəhdlərinin vəziyyəti daha da gərginləşdirəcəyini vurğulayıb:“Əgər İrana bağlı qruplar  ABŞ-ın İraqdakı bazalarına hücum etsələr, bu Vaşinqtonun da müharibəyə cəlb olunmasına səbəb ola bilər ki, bu da İranın ziyanına olacaq”.

Rasim Əliyev 

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
azpolitika.info

1Mənbələr