ain.az, Lent az portalına istinadən məlumat verir.
İngiltərə Premyer Liqası (APL) 2025/26 mövsümünün təqvimini açıqlayıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, yeni mövsümə avqustun 15-də "Liverpul" - "Bornmut" oyunu ilə start veriləcək.
1-ci turun mərkəzi oyunu avqustun 17-d “Mançester Yunayted” – “Arsenal” görüşü olacaq.
APL 1-ci turunun təqvimi:
15 avqust, cümə
23:00 (Bakı vaxtı ilə), “Liverpul” – “Bornmut”
Şənbə, 16 avqust
• Bakı vaxtı ilə 15:30. “Aston Villa” – “Nyukasl Yunayted”
• Bakı vaxtı ilə 18:00. “Brayton” – “Fulhem”
• Bakı vaxtı ilə 18:00. “Nottinqem Forest” – “Brentford”
• Bakı vaxtı ilə 18:00. “Sanderlend” - “Vest Hem”
• Bakı vaxtı ilə 18:00. “Tottenhem” – Bernli”
• Bakı vaxtı ilə 20:30. “Vulverhempton” – “Mançester Siti”
17 avqust, bazar günü
• Bakı vaxtı ilə 17:00. “Çelsi” – “Kristal Pelas”
• Bakı vaxtı ilə 19:30. "Mançester Yunayted" - "Arsenal"
18 avqust, bazar ertəsi
• Bakı vaxtı ilə 23:00. “Lids” – “Everton”
İngiltərə çempionatı 2026-cı il mayın 24-də başa çatacaq.Premyer Liqanın final, 38-ci turunda 20 klubun hamısı eyni vaxtda oynayacaq. Çempionatda ümumilikdə 380 qarşılaşma keçiriləcək.
İngiltərənin hazırkı çempionu ötən mövsüm 20-ci çempionluq titulunu qazanan “Liverpul”dur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.