AZ

Yunanıstandan olan nümayəndəyə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 18 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Yunanıstan nümayəndə heyətinin başçısı Sofiya Vultepsi ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev də iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov Sofiya Vultepsiyə ölkəmizdə son illərdə həyata keçirilən ardıcıl sosial islahatlar barədə məlumat verib. Həmin islahatlar nəticəsində sosial ödənişlərin ciddi şəkildə artırıldığı, DOST konsepsiyasının üstünlükləri qeyd edilib. Dövlət sosial xidmətlərinin elektronlaşdırılması və proaktiv xidmətlərin yaradılması sahəsində əldə olunan uğurlar diqqətə çatdırılıb.

Əlilliyi olan şəxslər və digər həssas əhali qruplarının, həmçinin aztəminatlı ailələrin sosial rifahının dəstəklənməsi, inklüziv cəmiyyətin inkişafı üçün həyata keçirilən tədbirlərdən bəhs olunub.

Əmək və sosial müdafiəsi sahəsində qanunvericiliyin mütərəqqi beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi sahəsində atılan mühüm addımlar diqqətə çatdırılıb. Bu istiqamətdə görülən işlərin, ölkəmizdə son illər aparılan sosial islahatların beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyi vurğulanıb.

Görüş aparılan sosial islahatlara və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
azertag.az

1Mənbələr