Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 18 iyun, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənddə Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) Bitki Mühafizə Vasitələri üzrə İşçi Qrupunun 55-ci iclası keçirilib. Tədbirdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Cavidan Quliyev iştirak edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda pestisidlərin effektivliyinin qiymətləndirilməsi, beynəlxalq standartların yenilənməsi, preparatların istifadəsi zamanı insan sağlamlığı və ətraf mühitin qorunması məsələləri müzakirə olunub, gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Tədbirdə “Azərbaycanda pestisidlərin qeydiyyatı və dövriyyəsinə nəzarət” mövzusunda təqdimatlar edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.