ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bonn, 18 iyun, AZƏRTAC
Bu gün Bonnda baş tutan “Bakı Platforması Tərəfdaşlığı – Əlverişsiz Şəraitlərdə Sülhə Töhfə Verən İqlim Fəaliyyətinin İrəlilədilməsi” üzrə Yüksək Səviyyəli Paneli
və COP29-un Azərbaycan tərəfindən həyata keçirilən sədrliyinin liderliyi və baxışı təqdirəlayiqdir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Cenevrədə yerləşən “Interpeace” təşkilatının prezidenti və baş icraçı direktoru İtonde Kakoma deyib.
Onun sözlərinə görə COP29 sədrliyə qədərki təcrübəyə əsaslanan Azərbaycan təkcə iqlim məsələlərini deyil, eyni zamanda sülh, dayanıqlılıq və onların bir-biri ilə əlaqəsini də ön plana çıxarıb: ”Braziliyada keçiriləcək COP30 konfransına hazırlıq çərçivəsində bu gün başa çatdırdığımız yüksək səviyyəli görüş göstərir ki, Azərbaycan bu istiqamətdə liderliyini davam etdirir. Azərbaycan iqlimlə yanaşı, iqlim maliyyəsi və sülhə fokuslanan institutları bir araya gətirməkdə liderdir. Bu, olduqca vacibdir. Mənim rəhbərlik etdiyim qurum bütün dünyada sülhün qurulmasına yönəlib və biz iqlim şoklarından təsirlənmiş cəmiyyətlərin dayanıqlığının artırılması istiqamətində tərəfdaşlığa hazırıq”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.