AZ

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılır

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdan 65 yaşa qaldırılır.

Qeyd edilib ki, dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
6
apa.az

7Mənbələr