Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
"Football-plus.az" xəbər verir ki, altıncı yarış günündə millimizin daha bir idmançısı mübarizəyə qoşulub.
Dünya çempionatı
Kişilər
İlk mərhələdən azad olan Zelim Kotsoyev (100 kq) 1/16 finalda Cennaro Pirellini (İtaliya), ardınca Marat Baykamurovu (Qazaxıstan) məğlub edib. Olimpiya çempionumuz 1/4 finalda Arman Adamyanla (İJF) güləşib. Rəqib mərhələ adladığından Kotsoyev təsəlliverici görüşə qatılıb. Nikolos Şerazadişviliyə (İspaniya) qalib gələn Zelim bürünc medal uğrunda Sex-Yon Kimlə (Cənubi Koreya) gücünü yoxlayacaq.
Qeyd edək ki, dünya çempionatında millimizin heyətində hələlik Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta