“Kəpəz” və Yunanıstanın “Panatinaikos” klublarının rəsmiləri arasında görüş keçirilib.
Apasport.az xəbər verir ki, Afinada təşkil olunan görüşdə klubumuzun İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov və “Panatinaikos”un strategiya müşaviri Takis Fissas iştirak ediblər.
Görüşdə tərəflər arasında gələcəkdə əsas, böyüklər və aşağı yaş qruplarından ibarət komandaların üzvlərinin təcrübələrinin artırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, Yunanıstan millisinin sabiq üzvü Takis Fissas komandası ilə birlikdə AVRO-2004-ün qalibi olub.
Qurban Qurbanov: “Bu müddətdən düzgün istifadə etmək istəyirik”
“Mançester Yunayted” Sanço ilə yollarını ayıracaq
Elmar Baxşıyev: “Bunun üçün vaxtımız var”
KL: “Sabah” məğlub olsa, bu rəqiblə qarşılaşacaq
"Araz-Naxçıvan" 4 futbolçu ilə yollarını ayırıb