AZ

Marsda güclü vulkan püskürüb

Marsda

Mars planetinin böyük buludları arxasında nəhəng ekvatorial vulkan püskürüb.

Reyting.az
xəbər verir ki, bu görüntüləri NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi) "Odyssey" peyki qeydə alıb.

Peykin çəkdiyi şəkildə həm də Marsın zirvəsinin səhər su buzu buludları ilə dolu olduğu aydın görünür.

NASA tədqiqatçıları bildiriblər ki, əslində, bu cür qeyri-adi və yeni görüntü həm də qırmızı planet ilinin indiki vaxtında, yəni Mars Günəşdən ən uzaq nöqtədəki elliptik orbitdə olduğu üçün zaman baxımından adi hadisədir.

Marsdakı vulkan püskürməsi həm də vulkanik kompleksin bir hissəsidir ki, tədqiqatçılar bunu Mars planetinin "Tharsis" adlanan bölgəsindəki bir-birinə çox yaxın olan üç vulkandan biri hesab edirlər. Lakin Mars üçün xarakterik olsa belə, nadir hallarda püskürən, üç nəhəng vulkanın ən böyüyü olan, hündürlüyü isə 20 kilometrə qədər yüksələn "Arsia Mons" haqqında danışan alimlərin fikrincə, narahat olmağa əsas var.

Tədqiqatçılara görə, çox uzun müddətdən sonra yenə eyni sürətlə və hündürlüyə, 20 kilometrlik yüksəkliyə püskürüb qalxan Mars vulkanı güman ki, ciddi kosmik dəyişikliklərdən xəbər verir.

Elm adamları qeyd ediblər ki, bu Mars vulkanı dəniz səviyyəsindən ən yüksəkdə olan bir zirvədən - Everestin və yaxud onun ən hündür dağı Mauna Keanın dəniz dibindən 9 kilometr hündürlüyünə qalxdığı yerdəki hər hansı dağdan əhəmiyyətli dərəcədə yüksəkdir.

Alimlər deyiblər ki, Mars planetindəki bu nəhəng və hündür vulkan Yer üzündə ən böyük vulkan sayılan Mauna Loanın həcmindən təxminən 30 dəfə böyükdür.

NASA tədqiqatçılarının xatırlatmasında vurğulanır ki, bizim üçün nəhəng olan bu vulkan qırmızı planetdə qeydə alınmış üç vulkanın ən böyüyü olsa da, Marsın ən nəhəng vulkanı deyil.

Oqtay QORÇU
Seçilən
2
1
reyting.az

2Mənbələr