AZ

Ermənistan Karapetyan işi ilə bağlı Moskvaya nota göndərdi

BAKI, 18 iyun. TELEQRAF

Ermənistan Rusiyanın bir sıra hakimiyyət nümayəndələrinin erməniəsilli iş adamı, "Taşir" şirkətlər qrupunun prezidenti Samvel Qarapetyanın işi ilə bağlı fikirlərinə etiraz olaraq Moskvaya nota göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlament iclasında bildirib.

Onun sözlərinə görə, Ermənistan və Rusiyada Qarapetyanın işi ilə bağlı səslənənən bəyanatlar iki ölkə arasındakı ənənəvi dostluğa və bu dostluğu tənzimləyən hüquqi sənədlərə zidddir.

Nazir bu barədə rusiyalı həmkarların məlumatlandırıldığını bildirib: "Onların bəyanatları Ermənistanın daxili işlərinə müdaxilədir. Düşünürəm ki, bu saata qədər rəsmi nota artıq ünvanına çatıb".

Qeyd edək ki, Ermənistanda saxlanılan iş adamı Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunub.

Seçilən
9
1
teleqraf.com

5Mənbələr