AZ

“Fənər”in prezidenti Bakıda - ”Qarabağ”ı ziyarət etdi - FOTO

Daha əvvəl xəbər verdiyimiz kimi, Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça"nın prezidenti Ali Koç Azərbaycana gəlib.

Apasport.az xəbər verir ki, Ağdamlıların baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel, eləcə də İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan “Fənərbaxça” İdman Klubunun prezidenti Ali Koçla görüşüblər.

Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Rəsmilər qarşıdan gələn futbol mövsümündə bir-birlərinə uğurlar arzulayıblar.

Görüşün sonunda Ali Koça klubumuzun forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.

Elmar Baxşıyev: “Bunun üçün vaxtımız var”

KL: “Sabah” məğlub olsa, bu rəqiblə qarşılaşacaq

"Araz-Naxçıvan" 4 futbolçu ilə yollarını ayırıb

Çempionlar Liqası: "Qarabağ"ın ilk rəqibi bəlli oldu

Millimizin Belarus yığması ilə keçirəcəyi oyunların yeri açıqlanıb

Seçilən
3
apasport.az

1Mənbələr