AZ

Kimlərə şokolad olar, kimlərə isə olmaz?

Uşaqlıqdan yetkinliyə və hətta qocalığa qədər şokolad demək olar ki, hər kəsin sevimli ləzzətlərindən biridir. Digər qidalar kimi şokoladın da həddindən artıq qəbulu zərərlidir.

Hit.az xəbər verir ki, şokoladın əsas tərkib hissəsi olan kakao flavonoidlərin mənbəyidir. Bu antioksidant təsirli maddə qocalmanı gecikdirir. Şokolad damarların divarlarının sərtləşməsinin qarşısını alır və damarların tıxanması təhlükəsini minimuma endirir.

Şokoladın tərkibindəki tanin, flüor və fosfat kimi maddələr diş çürüməsinin qarşısını alır. Şokolad qan təzyiqini kaliumla tarazlaşdırır, fosforla sinir sistemini stimullaşdırır və dəmir çatışmazlığının yaratdığı anemiya riskini azaldır.

Şokoladın insanlara əhval-ruhiyyə bəxş etməsinin və insanları sevindirməsinin başqa bir səbəbi də “endorfin” ifrazına səbəb olmasıdır. 

Ancaq şokolad yüksək kalorili qida olduğundan kökəlməyə səbəb olur. Tünd və adi şokoladdan başqa fındıq, püstə və xüsusi dadlı şokoladlar daha sürətli kökəlməyə səbəb olur. Şokolada qarşı allergiyası olanlar üçün bu qida istehlakdan sonra orqanizmdə reaksiyalara səbəb ola bilər. Qaşıntı, qızartı və göyərmə görünə bilən təsirlər arasındadır.

Sevinc

Seçilən
8
hit.az

1Mənbələr