AZ

Azərbaycandan Çinə quş əti məhsullarının ixracı imkanları müzakirə olunub

Azərbaycandan Çin Xalq Respublikasına quş əti və quş əti məhsullarının ixracı ilə bağlı işlər davam etdirilir.

“Report” xəbər verir ki, bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Çinin Baş Gömrük Administrasiyası arasında əməkdaşlıq çərçivəsində zəruri tədbirlər görülür.

Eyni zamanda, Çinə ixracda maraqlı olan quş əti istehsalçıları ilə görüş keçirilib, onlara bu ölkənin idxal prosedurları və tələbləri barədə ətraflı məlumat təqdim olunub.

Qeyd edək ki, 2023-cü il dekabrın 8-dən etibarən, Çinin qida təhlükəsizliyi sahəsindəki qanunvericilik və texniki tələblərinə cavab verən Azərbaycanda istehsal olunan quş əti və digər quşçuluq məhsullarının bu ölkəyə idxalına icazə verilib.

Seçilən
9
report.az

1Mənbələr