Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan “Qəbələ” heyətini legioner futbolçu ilə gücləndirib.
Apasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi İspaniyanın “Atletiko Sanluqeuno” klubunun müdafiəçisi İsaak Amoahla anlaşıb.
24 yaşlı futbolçu “Qəbələ” ilə yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.
Onun İspaniya klubu ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq.
Qeyd edək ki, Qanadan olan futbolçu “Valyadolid”in yetirməsidir. O, İspaniyada “Algesiras”, “Tarazona” klublarında oynadıqdan sonra Polşa təmsilçisi “Poqon”un (Siedlçe) da şərəfini qoruyub.
KL: “Sabah” məğlub olsa, bu rəqiblə qarşılaşacaq
"Araz-Naxçıvan" 4 futbolçu ilə yollarını ayırıb
Çempionlar Liqası: "Qarabağ"ın ilk rəqibi bəlli oldu
Millimizin Belarus yığması ilə keçirəcəyi oyunların yeri açıqlanıb
"Araz-Naxçıvan" yeni mövsüm üçün hazırlıqlara başlayıb