Bakı. Trend:
Cari ilin yanvar-may aylarında Azərbaycana xaricdən 767 ədədyalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri(elektromobil) gətirilib.
Trend bu barədəDövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri25,762 milyon ABŞ dolları olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 483 ədəd və ya 38,6%, dəyər ifadəsi ilə isə 27,739 milyon ABŞdolları və ya 51,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana 42786 ədəd avtomobil idxal edilib. Bu sayda avtomobilin idxalınaçəkilən xərcin həcmi 789,751 milyon ABŞ dolları olub.